Nazir müavini vəzifəsindən azad edildi – ƏTRAFLIbackend

Nazir müavini vəzifəsindən azad edildi - ƏTRAFLI

Həmyerlimiz, Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov vəzifəsindən azad edilib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq sərəncam Rusiya Federasiyasının rəsmi hökumət portalında dərc edilib.

Sənəddə qeyd olunur: “Talıbov Azər Mütəllim oğlu Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edilsin”.

Xatırladaq ki, Azər Talıbov 2017-ci ilin yanvar ayında bu vəzifəyə təyin olunmuşdu.

A.Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Rusiya İqtisadi İnkişaf Nazirliyindəki mənbədən “İnterfaks”a daxil olan məlumatda isə qeyd olunur ki, A.Talıbov bu gündən “Roseksimbank”a rəhbərlik edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*