Nazirlik dəhşətli qəza ilə bağlı məlumat yaydı – RƏSMİbackend

Nazirlik dəhşətli qəza ilə bağlı məlumat yaydı - RƏSMİ

Bakı şəhərinin Qaradağ rayonunda “Toyota” markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyində KONKRET.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Rüstəmov Qədir İsmayıl oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*