Nazirlik əməkdaşı tədbirdə infarkt keçirdibackend

Nazirlik əməkdaşı tədbirdə infarkt keçirdi

Çinin Çendu şəhərində XXXl Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.

 

KONKRET.az xəbər verir ki, nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılan fotoqraf müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub. Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb.

Hazırda vəziyyəti stabildir, tezliklə xəstəxanadan buraxılacaq.

Gənclər və İdman Nazirliyi göstərilən diqqətə görə, həkimlərə və eləcə də Universiadanın Təşkilat Komitəsinə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*