Nazirlik yeni müsabiqə elan edirbackend

Nazirlik yeni müsabiqə elan edir

Gənclər və İdman Nazirliyi 2 fevral Azərbaycan gəncləri günü ilə əlaqədar dizayner, rəssam və yaradıcı gənclər arasında loqotipin hazırlanması üçün müsabiqə elan edir.

KONKRET.AZ bu barədə nazirliyə istinadən xəbər verir.

Loqotip məhz 02.02.2020 tarixini əks etməlidir.

Təkliflər 18 yanvar 2020-ci il tarixədək qəbul olunur.

Nazirlikdən bildirilir ki, işlər .jpgcdr formatında [email protected] elektron ünvanına “Loqo 2020” başlığı ilə göndərilməlidir.

Seçilmiş loqotipin qalibinə 1000 manat dəyərində pul mükafatı və diplom təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*