“Nə İsrailin, nə də İranın bu cür imkanları var” – Müharibə təhdidi ilə bağlı AÇIQLAMAbackend

"Nə İsrailin, nə də İranın bu cür imkanları var" - Müharibə təhdidi ilə bağlı İLGİNC AÇIQLAMA

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazır olduğunu açıqlaması regionda gərginliyi pik həddə çatdırıb. Bəzi analitiklər İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevinin bu cür açıqlama ilə çıxış etməsini İrana qarşı müharibə anonsu kimi qiymətləndiriblər. Bəs görəsən iki ölkə arasında genişmiqyaslı müharibənin başlanması ehtimalı nə dərəcədə realdır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, İsrail və İran arasında gərginlik son vaxtlar artan xətt üzrə inkişaf edir: “Demək olar ki, hər iki tərəf çox ciddi və sərt açıqlamalar səsləndirir. Hətta müharibə təhdidlərini də müşahidə edirik. Amma nəzərə almaq lazımdır ki, bu gün İsrail və İranın daxilində etiraz aksiyaları hökm sürür. Belə bir vəziyyətdə hər iki dövlətin müharibəyə başlamaq imkanları o qədər də geniş dəyərləndirilmir. Digər tərəfdən İsrail və İran qonşu dövlətlər deyil və aralarında xeyli məsafə var. Ya İran İsrailin hava məkanını vurmalıdır, ya da əksinə Təl-Əviv bu addımı atmalıdır. Potensial olaraq nə İsrailin, nə də İranın bu cür imkanları var. Onlar yalnız Suriya və İraq üzərindən hansısa formada bu əməliyyatları həyata keçirə bilərlər. Yaxud İran Fələstindəki qruplara dəstək verməklə İsrailə qarşı hərbi əməliyyatlara başlaya bilər. Daha geniş formada hərbi əməliyyatların baş verəcəyi isə inandırıcı deyil”.

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Politoloqun sözlərinə görə, İranın İsrailə hücum etmək şansları o qədər də çox deyil: “Çünki İsrailin əlində nüvə silahı var. Tehran bundan ehtiyat edir. Bu qarşıdurma üçüncü ölkə üzərindən baş verə bilər. Yəni Suriyada İrana bağlı olan hərbi qruplaşmalar, yaxud Fələstindəki silahlı birləşmələr vasitəsi ilə müharibə aparıla bilər. Açıq qarşıdurmanın olacağı isə real görünmür. Daxildəki etirazları nəzərə alsaq, qısa zamanda iki ölkənin genişmiqyaslı müharibəyə başlamayacağını söyləmək mümkündür”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*