“Nə Qarabağ, nə sərhəd, əsas dəhlizdir” – Artur Kazinyanbackend

"Nə Qarabağ, nə sərhəd, əsas dəhlizdir" - Artur Kazinyan

“Ermənistan” fraksiyasından olan deputat Artur Kazinyan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü və nəticələri ilə bağlı qəribə bəyanat verib.

KONKRET.az xəbər verir ki, Kazinyan Feysbuk səhifəsi vasitəsilə yaydığı bəyanatda Soçi görüşündə Qarabağ mövzusuna ümumiyyətlə toxunulmadığını bildirib.

O, görüşün hətta Ermənistan-Azərbaycan münasibətlərinə də “az aidiyyəti” olduğunu iddia edib.

Kazinyanın fikrincə, əsas diqqətdə Zəngəzur dəhlizi olub. O bildirib ki, böyük iqtisadi əhəmiyyət kəsb edən beynəlxalq nəqliyyat dəhlizinin hansı fövqəldövlətin təsiri altında olacağı sual olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*