backend

Nəcla bin Nasir: "Azərbaycanda heç kəs sənə sataşmağa cürət etmir"

Azərbaycana sonuncu səfərim zamanı insanların gülərüzlüyü, ölkədəki əmin-amanlıq, səliqə-səhman, xalqın rəftarı artıq məni heyrətləndirmədi. Bu dəfə diqqətimi etiqad, fikir azadlığı məsələləri çəkdi. Azərbaycanda hər kəs öz dini ayinini başqasına müdaxilə etmədən, hər yana car çəkmədən sərbəst şəkildə yerinə yetirir.

Burada müxtəlif inanc sahibləri nəinki bir-birini təhqir etmir, hətta birgə bayram şənliklərinə qatılır. Bu insanları qarşılıqlı məhəbbət birləşdirir. Sanki burada hər kəs ölkənin bu xüsusiyyətini qorumaqla bağlı razılığa gəlib.

Səfər yoldaşım İmanla bu tarixi ölkə haqda danışarkən dediyim kini, Azərbaycanda sanki “canlı muzey”də addımlayırsan. Arzu etdik ki, zahiri “müsəlman”ların, din adı ilə neçə-neçə torpağı dağıtmağı sevənlərin ayaqları bu ölkəni heç zaman kirlətməsin! Azərbaycanın öz dini var və bu, ölkənin mütərəqqi dövlətlərdən birinə çevrilməsi üçün kifayətdir. Ölkə əhalisinin dini özünü onların davranışlarında, gülərüzlüyündə, başqalarına yardım etməsində, yaxşılıq etməyi sevməsində göstərir. Dükana daxil olarkən belə, ilk olaraq səni Azərbaycan çayına qonaq etməyə çalışırlar.

Azərbaycanda tam sərbəst, əmin-amanlıq şəraitində gəzirsən. Heç kəs sənə sataşmağa cürət etmir. Gəzərkən bir nəfərin cibindən kağız pul düşdü, bir gənc oğlan dərhal pulu götürərək sahibinə qaytardı.

Burada bəxşiş götürmürlər. Alış-veriş zamanı qiymətləşməyə də ehtiyac yoxdur. Gülümsəmək kifayətdir ki, qiymətdə güzəştə getsinlər.

Allah pis insanların qarşısında sədd çəksin, onların gözlərini elə bağlasın ki, bu ölkəni görməsinlər! Sizcə belə ölkə haqda bu cür dua etməkdə haqlı deyiləm?

Həyatın sıxıntıları və fikir ayrılıqları ilə çırpınan bir çox ərəb ölkəsində tapmayacağın davranışları var azərbaycanlıların. Azərbaycan sevgi ölkəsidir! Parklarda, yollarda sevgililərə heç kəs fikir vermir. Çünki onlar haram iş görməyiblər.

Azərbaycan “Odlar yurdu” da adlandırılır! Lakin əsl İslamla tanış olmaq istəyirsinizsə, oraya səfər edin.

Müəllif: Nəcla bin Nasir

Mənbə: Elaf

 

Tərcümə – WorldMedia

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*