Neftçalada ağır qəza – Ölən varbackend

Neftçalada ağır qəza - Ölən var

Neftçalada baş verən avtomobil qəzasında sürücü ölüb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Neftçala şəhər sakini – Bağırov Nazim Qəhrəman oğlu, idarə etdiyi 90 CJ 426 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yoldan çıxaraq aşıb və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan digər 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*