Neftçalada avtomobil ağaca çırpıldı – Ölən və yaralanan varbackend

Neftçalada avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var

Neftçalada bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Qardaşbəyli kəndində olub. Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, daha bir nəfər – Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*