Neftçalada qatar yük maşınını vurdu, sürücü öldübackend

Neftçalada qatar yük maşınını vurdu, sürücü öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Neftçala rayonunun Qaçaqkənd kəndində dəmiryolu keçidində yük qatarı və yük avtomobilinin toqquşması nəticəsində sürücünün avtomobilin altında qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən KONKRET.az-a verilən məlumata görə, FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*