“Neftçi” növbəti mərhələdə – YENİLƏNİBbackend

"Neftçi" növbəti mərhələdə - YENİLƏNİB

Neftçi” UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib. 

KONKRET.az  xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin “Aris” klubu ilə qarşılaşıb.

Səfərdə 0:2 hesabı ilə uduzan “ağ-qaralar” rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub.

83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, “Neftçi” Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda “Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

20:25

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və Kipr “Aris”inin start heyətləri açıqlanıb.

KONKRET.az UEFA-nın saytına istinadan xəbər verir ki, komandaların start heyəti belədir:

“Neftçi”: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov

Baş məşqçi: Laurentsiu Regekampf

“Aris”: 1. Vana, 3. Kaju, 7. Leo Benqtsson, 8. Morqan Braun, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke

Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave, 80. Çavi Babiçka

Baş məşqçi: Aleksey Şpilevski

Qeyd edək ki, “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda “ağ-qaralar” 0:2 hesabı ilə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*