“Nəinki Göyçə və Zəngəzurdakı problem həll olunacaq, hətta yeni ərazilər itiriləcək” – Abramyanbackend

“Nəinki Göyçə və Zəngəzurdakı problem həll olunacaq, hətta yeni ərazilər itiriləcək” – Abramyan

“Səlahiyyətlilər əmin edirlər ki, demarkasiya və delimitasiya prosesi həm Geqarkunik (Göyçə mahalı) vilayətinin Sotk-Xoznavar hissəsindəki, həm də Gorus-Qafan yolundakı böhranı həll edəcək”.   

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan özünün Facebook hesabında yazıb:

“Azərbaycanın bu prosesin başlanması üçün yüksək qiymət qoyduğundan hələ danışmayaq. Demarkasiya və delimitasiya prosesi mürəkkəb hesablamalara və aktiv danışıqlara əsaslanır. Son 3 ildə Ermənistan rəsmilərinin atdığı addımları müşahidə etdik. Bəs gördüklərimiz qeyd olunan prosesin bizim xeyrimizə olacağına zəmanət verirmi? Dərhal cavab verəcəm ki, yox” Abramyan vurğulayıb.

Tiqran Abramyan əlavə edib ki, proses uğursuzluqla nəticələnəcək və nəinki Göyçə və Zəngəzurda problemlər həll olunacaq, hətta yeni ərazi itkiləri baş verəcək. Beləliklə bu hökumətin rəhbərliyi altında yeni itkilər qaçılmazdır” – deyə Tiqran Abramyan fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*