“Nələrin danışılacağını Əliyevlə Paşinyandan başqa heç kim bilmir” – Qriqoryanbackend

"Nələrin danışılacağını Əliyevlə Paşinyandan başqa heç kim bilmir" - Qriqoryan

“Brüsseldə keçiriləcək Paşinyan-Əliyev görüşündə delimitasiya və demarkasiyaya dair sənəd imzalanmayacaq. Çünki, bu məsələ ilə bağlı hələlik heç bir saziş və ya razılaşma yoxdur”.

KONKRET.az xəbər verir ki, bu iddia ilə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan çıxış edib.

Qriqoryanın sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı onun heç bir məlumatı yoxdur:

“Düzünü desəm görüşün gündəliyi ilə bağlı da tam məlumatım yoxdur. Görüşdə nələrin danışılacağını Əliyevlə paşinyandan başqa heç kim bilmir.

Sərhəd və dəhliz anlaşmaları üçün işlər tamamilə fərqli istiqamətdə – üç ölkənin baş nazir müavinlərinin işçi qrupu çərçivəsində aparılır”, – M. Qriqoryan əlavə edib./yenisabah.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*