Nəşi tapılan daha bir əsgərlə bağlı RƏSMİ AÇIQLAMAbackend

Nəşi tapılan daha bir əsgərlə bağlı RƏSMİ AÇIQLAMA

Hərbi prokurorluq Vətən Müharibəsi zamanı itkin düşən daha bir əsgərin nəşinin tapıldığını açıqlayıb.

Prokurorluqdan KONKRET.az-a verilən məlumata görə, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Verdiyev Eldəniz Rabil oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Qeyd edək ki, Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*