Netanyahu Baydenə cavab verdi: O, yanılırbackend

Netanyahu Baydenə cavab verdi: O, yanılır

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenə cavab verib.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Politico” qəzetinə müsahibəsində danışıb.

ABŞ prezidenti Co Bayden Netanyahunun Qəzza zolağındakı siyasətinin “İsrailə kömək etməkdən daha çox zərər verdiyini” bildirib.

“Əgər o, mənim israillilərin əksəriyyətinin istəklərinə zidd olaraq şəxsi siyasət yeritdiyimi və bunun İsrailin maraqlarına zərərli olduğunu nəzərdə tuturdusa, deməli, hər iki baxımdan yanılır”, – Baş nazir deyib.

Netanyahu nəşrə bildirib ki, onun siyasəti israillilərin böyük əksəriyyəti tərəfindən dəstəklənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*