Nigeriyanın Borno əyalətində terror təşkilatı “Boko Haram”a qarşı əməliyyat keçirilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlar zamanı təşkilatın lideri Əlhaci Modu da daxil olmaqla 28 terrorçu zərərsizləşdirilib, çoxlu sayda terrorçu isə yaralanaraq qaçıb.
Qeyd edək ki, Nigeriyada 2009-cu ildən bəri “Boko Haram”ın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həyatını itirib.
Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2 min adam həyatını itirib.
Terror aktları və qarşıdurmalar səbəbindən yüz minlərlə insan ölkəni tərk etməli olub.
İqbal Rzayev,
KONKRET.az
