Nijni Novqorodda yol qəzasında 3 nəfər öldübackend

Nijni Novqorodda yol qəzasında 3 nəfər öldü

Rusiyanın Nijni Novqorod vilayətinin Turtapka kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Nijni Novqorod vilayətində iki avtomobilin Turtapka kəndi ərazisində toqquşması nəticəsində 3 nəfər ölüb”, – məlumatda deyilib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*