Baş nazir Nikol Paşinyan 27-28 noyabr tarixlərində Qırğızıstana işgüzar səfər edəcək. KONKRET.az Ermənistan Baş naziri Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Nikol Paşinyan Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi planlaşdırılır.
