Nikolas Maduro: “Kolumbiyada bir qrup terrorçu Venesuelada sabitliyi pozmağa hazırlaşır”backend

Nikolas Maduro: “Kolumbiyada bir qrup terrorçu Venesuelada sabitliyi pozmağa hazırlaşır”

İfrat sağçı müxalifət qüvvələri Kolumbiya ilə həmsərhəd olan Zulia əyalətindən Venesuelada sabitliyi pozmaq üçün strategiya hazırlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib. Venesuelanın dövlət kanalına müsahibə verən Maduro qeyd edib ki, bəzi qruplar Milad bayramı ərəfəsində ölkədə sabitliyi pozmağı planlaşdırır: “Kolumbiyanın narko tacirləri və qeyri-qanuni hərbiləşdirilmiş qrupları  Venesuelada sabitliyi pozmaq istəyirlər. Prezident bildirib ki, terrorçuların planlarına neft-qaz sənayesində, ölkənin elektrik enerjisi sistemində qətl və təxribatlar törətmək daxildir: “Biz Zulia əyalətini mafiyalardan, sui-qəsdçilərdən və narkotik alverçilərindən azad etməliyik”, – deyə  dövlət başçısı bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*