backend

Nikolun Münhendə istinad etdiyi rus nəşri bəyanat yaydı

Rusiyanın “Arqumentı i Faktı” qəzeti Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın 15-dən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirəsində Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, qəzet bununla bağlı rəsmi açıqlama yayıb.

Nikol Paşinyana müraciət edən qəzet Ayaz Mütəllibovun 1995-ci ildə verdiyi müsahibədə Xocalıda baş verən qətliamla bağlı heç nə demədiyini bildirib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistan Baş naziri Nikol Paşinyan Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova “istinad etmişdi”:

“90-cı illərin ortalarında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Rusiyanın “Arqumentı i Faktı” qəzetinə müsahibəsində bildirmişdi ki, Xocalıdakı təxribat onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Azərbaycan müxalifəti tərəfindən hazırlanmışdı”.

Lakin Azərbaycan Prezidenti İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*