Niyə məhz hava limanı Füzulidə açılacaq? – AÇIQLAMAbackend

Niyə məhz hava limanı Füzulidə açılacaq? - AÇIQLAMA

“30 il işğal altında qalan ərazilərimizdə bir çox infrastruktur dağıdılıb. Ən vacib məsələ yol infrastrukturunun olmamasıdır. Bildiyimiz kimi, hazırda Tərtər-Ağdərə, Füzuli-Şuşa, Cəbrayıl istiqamətində yol çəkilişlərinə başlanılıb. Suqovuşan-Talış istiqamətində yeni yol artıq hazırdır və istifadəyə verilib”.

KONKRET.az xəbər verir ki, bunu ekspert Ədalət Verdiyev Oxu.az saytına açıqlamasında deyib.

Füzuli rayonunda hava limanının açılması bir çox suallara səbəb olub. Niyə məhz Füzuli?

Bu suala Ə.Verdiyev belə cavab verib: “Füzuli rayonunun həm Zəngilandan keçməklə Naxçıvana yaxın olması, həm Qarabağın digər rayonları ilə mərkəzdə yerləşməsi, həm də Bakıdan Qarabağa ən qısa yolun bu rayondan keçməsi məhz hava limanının burada olmasını şərtləndirir. Qarabağa turizm şirkətləri maraq göstərir. 30 il ərzində Qarabağın adının çəkilməsi dünyada insanların bu əraziyə marağını artırıb. Düşünürəm ki, bu baxımdan Füzulidə aeroportun tikilməsi çox vacib və çox doğru addım idi. Füzuli bundan sonra iqtisadi mərkəzə çevriləcək”.

  • vuqar
    Yanvar 7, 2021 - 09:57

    Paytaxti da kecirsinler yeni qurulan wehere. muasir bir avropa standartlarina uygun tikilen bir weher olsun. adin da Heyderli qoyaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*