“Nizamlı ordu əvəzinə muzdlulardan ibarət jandarm” – Ermənistan ordusunda nə baş verir?backend

“Nizamlı ordu əvəzinə muzdlulardan ibarət jandarm” – Ermənistan ordusunda nə baş verir?

“44 günlük müharibədə ağır məğlubiyyətdən sonra hakimiyyət nəinki pərən-pərən olan ordunun fiziki və mənəvi reabilitasiyasını həyata keçirmədi, həm də cəmiyyətdə itmiş nüfuzunu bərpa etmək istiqamətində heç bir addım atmadı.  Müdafiə Nazirliyində və Baş Qərargahda fasiləsiz kadr dəyişikliyi orduda əməlli-başlı nizamsızlığın yaranmasına səbəb oldu. Generallar mediada və sosial şəbəkələrdə sözün əsl mənasında təqib edilir, lağ obyektinə çevrilirlər”

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirlər sosial şəbəkələrin erməni seqmentində və ölkə müxalifəti arasında tez-tez səsləndirilir.

Hazırda Ermənistan ordusundakı nizamsızlıq, korrupsiya və rüşvətxorluğun baş alması, bir sözlə silahlı qüvvələrin məhv olması cəmiyyətin ən çox müzakirə etdiyi mövzular sırasındadır. Kütləvi şüura hər bir erməni vətəndaşının orduda xidmət aparmasının mənəvi borc hesab edilməsi və bu hüquqa layiq görülməsinin bir şərəf olması haqqında onilliklərlə aşılanan tezislər artıq öz əhəmiyyətini itirir. İndi ermənilər nəyin bahasına olursa-olsun xidmətdən qaçmaq üçün yolar axtarır və gənclərin şüurunda bu artıq dəb halını alıb.

Hakimiyyət bu cür tendensiyaları nəinki dayandırmır, həm də onların yayılması üçün zəruri addımlar atır. Hazırda Ermənistan ordusu əsl qarışıqlıq dövrünü yaşayır. Əsgərlərin maddi təminatı son dərəcə pisdir. Bir çox döyüş postları hələ də təchiz olunmayıb. Əsgərlər quru yerdə,  çadırlarda yatırlar. Döyüş növbəsi çox vaxt zabitlərin iştirakı olmadan həyata keçirilir.

Erməni mediası yazır ki, Azərbaycanda olan əsirlərlə bağlı vəziyyət ümumiyyətlə ayrıca müzakirə mövzusudur. Ermənistanın Müdafiə Nazirliyi nə təxmini sayı, nə də onların geri qaytarılması istiqamətində hansı işlərin görüldüyünü açıqlamır.  Müqaviləli əsgər döyüş postundan yoxa çıxır və nazirliyin mətbuat xidməti bu haqda yalnız bir ay sonra məlumat yayır.  Bütün bunlara isə  Ermənistanın psevdo hüquq müdafiəçiləri, dövlət institutları susur. Əslində onlar əsas alverçiləridir. Məhz belə fəaliyyətlərinə görə onilliklər ərzində maliyyələşdiriliblər.

Amma ordunun məqsədyönlü şəkildə məhv edilməsi və hakimiyyətdə olan müəyyən dairələrin bu anti-dövlət prosesində iştirakı ordunun gələcəyi barədə suallar yaradır. Bəziləri deyir ki, Nikol xuntası hakimiyyətin nifrət etdiyi ordunu hipotetik olaraq tamamilə fərqli funksiyalara malik müəyyən hərbiləşdirilmiş strukturla əvəz etsin.

Ümumiyyətlə Ermənistanda yeni ordu qurulacaqmı və hakim komanda onun formalaşmasını hansı keyfiyyət, kəmiyyət və funksional parametrlər üzərində həyata keçirəcək?

Bu mövzu iqtidarda və ona xidmət edən dairələrdə tabu olsa da, müxalifət düşərgəsi və müstəqil hərbi ekspertlər qorxularından susurlar. Ölkə mediası isə Ermənistan dövlətçiliyinin ən mühüm məsələsi ətrafında ümumi susqunluğun üzücü olduğunu yazır. Müşahidələr onu deməyə əsas verir ki, hakim xunta yalnız Ermənistan sərhədlərinin perimetri daxilində şərti asayişi qorumaqdan ibarət olan tamhüquqlu ordu yaratmaq əvəzinə polis qoşunlarına bənzər bir şey qurmağa başlayıb.

Hökumətin silahlı qüvvələrdən imtina edərək müqaviləli ordu qurmağa cəhd göstərməsi və bunu xalqa aşılaması onu göstərir ki, Nikol xuntası ölkənin gələcək təhlükəsizliyini muzdlulardan ibarət jandarma etibar etmək niyyətindədir. Əsas məqsədi cəmiyyət üzərində total nəzarəti gücləndirməkdir. Çox güman ki, söhbət on min nəfərdən çox olmayan bir korpusdan gedir. Onlar yalnız portativ yüngül artilleriya, zirehli personal daşıyıcıları və pilotsuz təyyarələrlə silahlanmalıdırlar. Pilotlu təyyarələrdən yalnız polis qüvvələrinin tapşırıqlarını yerinə yetirmək üçün istifadə edilə bilər.

Beləliklə Erməni mediası və müxalifətinin digər bir gülünc arqumenti də ondan ibarətdir ki,  Azərbaycan-Türkiyə tandemi hədə-qorxu ilə Ermənistanı ordusuz, beli bükük vəziyyətdə saxlamaq niyyətindədir. Ermənilər isə düşünürlər ki, nizamlı ordu əvəzinə, pərakəndə jandarm qüvvəsi yaratmaqla Paşinyan və onun xain rejimi öz hakimiyyətini qorumaq istəyir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*