“Normal cəmiyyət olsaydı, hakimiyyət təmsilçilərinin üzünə tüpürərdi”backend

“Normal cəmiyyət olsaydı, hakimiyyət təmsilçilərinin üzünə tüpürərdi”

“Paşinyanın gücü hər gün özünün mütləq, hətta deyərdim ki, apokaliptik əhəmiyyətsizliyini sübut edir. Bu insanlar hətta Qarabağın itirilməsi kimi milli faciəyə də dözməyi öyrəniblər. Tariximizdə nə vaxt öz ölkəsinə, xalqına qarşı bu qədər antimilli, xain, alçaq və  həyasız görünüb?”.

KONKRET.az xəbər verir ki, bu sözlər “Qolos Armenii” saytında yazılan tənqidi məqalədən götürülüb. Yazının müəllifi Qaqik Mkrtçyan daha sonra vurğulayır:

“Normal cəmiyyət olsaydı, bu hakimiyyətin təmsilçiləri utanardılar. Məsələn, orta əsr Avropasında məmurlar cəlladlar kimi maska ​​taxıb küçələrə çıxardılar ki, kimlikləri bilinməsin, üzlərinə tüpürülməsin. Amma burada vəziyyət başqa cürdür. O vəziyyətdir ki, hakimiyyət nümayəndələri özləri vətəndaşa tüpürür, bələdçilik edir, yol göstərir, necə yaşamağı, nəyə inanmağı izah edir.

Bir dəqiqə belə səngiməyən “Bu, yalnız Ermənistanda mümkündür”, – sözlərinə hər yerdə rast gəlinir. Beş il yarımdır ölkədə bu tezis böyük əks-səda verir. Yəqin ki, hər bir xalqın həyatında rəzil vaxtlar müəyyən dövriliklə gəlir. Sözün düzü, bir azlığın hakimiyyəti ələ keçirməsi, hakimiyyətə layiq olmayan şəxslərin meydan sulaması bir qədər təəccüblüdür. Çünki bu şəxslərin millətlə heç bir əlaqəsi yoxdur.

Biz əminik və ümid edirik ki, Ermənistandakı bugünkü müsibətlər müvəqqətidir. Ölkə mutantlardan qurtularaq normal vəziyyətə düşəcək. Bu hakimiyyət erməni tarixində növbəti qan laxtasıdır və o, mütləq məhv olacaq.

Bu arada Paşinyan özünün “Vətəndaş Müqaviləsi” partiyasının fəalları ilə son dərəcə gərgin görüşlər keçirir (cəmi bir həftə ərzində dörd partiya!)/ Son tədbir liderin vətənində – İcevanda baş verib. Bəs bu görüşlərdə nə baş verir? Pərdəarxası razılaşmalar. Liderə və onun qulağına yaxınlıq uğrunda döyüş. Qruplararası mübarizə, oğurluq, intriqa, qeybət, rəqiblərin aradan qaldırılması, xəyanətlər. Nə etdiklərini bilən bir neçə konduktor partiya fəallarına nəzarət edən boz kardinallar “at belindədir”.

“Bizə miras qalan danışıqlar vəziyyətində irəliyə doğru qaçılmaz yol təkcə ərazilərin verilməsi və s. deyil, həm də Dağlıq Qarabağda yaradılmış dövlət nizamının ləğvi idi”, – deyə Paşinyan bu mövzunun onun qarşısında olduğunu bildirib: “Bu isə o deməkdir ki, əvvəlki hökumətin dövründə bu məsələlər müzakirə olunmurdu, çünki müzakirə olunsaydı, xalqa deməliydilər ki, 30 il ərzində resurslar ilkin olaraq həll olunmayan problemə mənasızcasına xərclənib”.

Bir şey anladınızmı? Düzgün başa düşdüyünüzə əminsinizmi? Belə çıxır ki, Paşinyana görə, 30 il ərzində xalq Qarabağ uğrunda əbəs yerə vuruşdu, quruculuq və abadlıq işlərinə nəhəng resurslar boş yerə xərcləndi.

Belə danışan insan erməni ola bilməz. Arşavir Qaramyanın sözü olmasın, “Şeytanlar öz xarakterik saxtakarlığı və hiyləsi ilə hakimiyyəti ələ keçirəndə belə də olmalı idi”.

Onda bəs Paşinyan “Dağlıq Qarabağ probleminin əvvəlcə həllolunmaz olduğunu” anlayırdısa, minlərlə yeni qurban nəyə lazım idi?

Yaxşı, gəlin hesab edək ki, problemin həll olunmamasında “ekslər” günahkardır. Paşinyan və onun dəstəsi də bunu əsas gətirib hər cəhətdən özünü əvvəlkilərlə müqayisə etmir, sanki əslində onlardan qisas alırlar kimi görünməyə cəhd edir. Özlərini xalqa elə sırıyırlar ki, guya heç bir şeydə günahkar deyillər. Belə hal ancaq Ermənistanda ola bilərdi və oldu da. Çünki heç bir yerdə heç vaxt satqınlar, avantüristlər, dəlilər, fırıldaqçılar hakimiyyətdə rahat otura bilməzdilər.

Gec-tez vəziyyətin partlayacağı göz qabağındadır, amma harada və hansı səbəbdən baş verəcək, bax, bu, nə iqtidara, nə müxalifətə, nə politoloq və analitiklərə, nə də ABŞ və Rusiya səfirliklərinə aydın deyil.

Bir məsələ aydındır ki, ya Paşinyan ölkəni və xalqı məhv edən xəyanətkar siyasəti ilə adaptasiya imkanlarını aşacaq və vətəndaşlar bütün bunlara qarşı nəsə etməyə başlayacaq, ya da onların biganəliyi kifayət edəcək ki, sakitcə yaşasın. Nəticədə isə dövlətçiliyin sonunu görəcəyik”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*