Notarius xidmətləri ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMAbackend

Notarius xidmətləri ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA

Koronavirusla mübarizə tədbirləri ilə əlaqədar bəzi qurumların fəaliyyəti müvəqqəti olaraq dondurulub və ya işçilərə evdən işləmələri tövsiyə olunub.

Bildiyiniz kimi, notariat ofislərində kütləvilik daha çox olur. Belə ki, notarius xidmətlərindən yararlanan vətəndaşlar sənədləşmə zamanı bir-birilə sıx təmasda olurlar.

Bu sahədə hər hansı məhdudiyyətlərin olub-olmaması ilə bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat-Notariat Baş idarəsinin rəis müavini, notariat idarəsinin rəisi Mehman Soltanov KONKRET.az-a açıqlama verib.

Həmin açıqlamanı təqdim edirik:

“Bütün notariat ofislərinə göstəriş verilib ki, hər kontorda  2 kargüzar iştirak etməlidir. Həmin göstərişlərdən biri də budur ki, müraciət edən vətəndaşlar ofisdən kənarda qəbul edilməlidir. Sənədlər xüsusi maddələrlə təmizlənməli, xüsusi vərəqlərin daxilində təhvil alınıb, hazırlanmalı və vətəndaşlara təhlükəsiz halda təqdim edilməlidir.

Həmçinin bəzi notariat ofislərinin qarşısında kütləvilik olduqda vətəndaşlarla maarifləndirici söhbət aparmaqla onlara məlumatlar verilir ki, sıx dayanmasınlar. Baxmayaraq ki, onlar bu deyilənlərə biganə yanaşırlar, amma hər halda biz öz üzərimizə düşən vəzifələri yerinə yetiririk.

Ofislərimizdə həftədə 3 dəfə dezinfeksiya işləri aparılır. Əksəriyyətinə xüsusi geyim formaları və birdəfəlik istifadə üçün maskalar da verilir. Vətəndaşların hər biri qəbula daxil olmazdan əvvəl həmin maskaları taxdıqdan sonra qəbul edilirlər.

Fəqan MUXTAR

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*