backend

NÖVBƏTİ FIRILDAQÇILIQ - Yunanıstanlı erməni müğənnidən qeyri-qanuni İDDİA

May ayında Rotterdamda keçiriləcək Avrovision 2020-də Yunanıstan müğənnisi Atena Manukyan Ermənistanı təmsil edəcək.

KONKRET.az Yunanıstan mediasına istinadən xəbər verir ki, canlı səsvermə zamanı böyük bir fərqlə onun namizədliyi irəlidə olub.

Beynəlxalq və milli münsiflər heyətinin səsverməsinin, həmçinin Ermənistanın  televiziya tamaşaçıları tərəfindən SMS səsverməsinin nəticələrinə görə Atena ümumilikdə 168 bal toplayıb.

“Eurovision” 12-16 May Ahoy konsert salonunda keçiriləcək. Qeyd edək ki, Hollandiya 2019-cu ildə qalib gəldikdən sonra Eurovisiona ev sahibliyi etmək hüququ əldə edib.

Qeyd edək ki, Avrovision yarışmasının tələblərinə görə, bir ölkəni yalnız öz vətəndaşı bu müsabiqədə təmsil edə bilər. Göründüyü kimi, ermənilər yenidən fırıldağa əl atmaq məcburiyyətində qalıblar. Çünki keçən ilki müsabiqədə Ermənistanı “Külək” mahnısı ilə təmsil edən Sevak Hanagyan şounun finalına çıxa bilməmişdi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*