Nuland: “ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq”backend

Nuland: "ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq"

“ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq və o, gələn həftə vəzifəsinin icrasına başlayacaq”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

“Ümid edirik ki, onun köməyi ilə biz Rusiya ilə münasibətləri yaxşılaşdıra biləcəyik”, – Nuland qeyd edib.

Qeyd edək ki, hazırda Birləşmiş Ştatların Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsi boşdur. 62 yaşlı səfir Con Sallivan sentyabrın 4-də Moskvanı tərk edib.

Xatırladaq ki, o, bu vəzifəyə 2019-cu ilin dekabrında ABŞ-ın əvvəlki Prezidenti, respublikaçı Donald Tramp tərəfindən təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*