“O sizin üçün ölüb, bizim üçün ölməyib” məsələsinə aydınlıq gəldibackend

“O sizin üçün ölüb, bizim üçün ölməyib” məsələsinə aydınlıq gəldi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçki günü 107 saylı seçki məntəqəsində baş vermiş və sosial şəbəkələrdə  geniş yayılaraq müzakirə edilən videogörüntüyə aydınlıq gətirilib.

KONKRET.az xəbər verir ki, MSK üzvü Bəxşeyiş Əsgərov  məşhur “o sizin üçün ölüb, bizim üçün ölməyib” mövzusuna münasibət bildirib:

“Biz bu məsələni də araşdırdıq. Məsələ belədir ki, həm “o ölüb” sözünü deyən seçici, həm də məntəqə seçki komissiyalarının üzvü qonşu binalarda yaşayır. Ümumiyətlə, onlar hamısı yaxınlıqda yaşayır. Həmin sözü deyən seçici Rusiyaya gedib, onun xanımı isə iki uşağını da götürərək evi tərk edib və Bakıya gəlib. Bu fakt həmin şəxslərin izahatları ilə, həm də rəsmi dövlət orqanının – Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanının rəsmi arayışı ilə təsdiq olunub. Biz bir neçə mənbədən təsdiqləmişik ki, haqqında bəhs olunan xanım dünyasını dəyişməyib. Burada seçici olan kişi “ölüb” deyir, məntəqə üzvü də haqlı olaraq deyir ki, “o, sənin üçün ölüb”, yəni, “sən onun əlindən acıqlısan, o sənin üçün ölüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*