Odessaya növbəti raket atıldıbackend

Odessaya növbəti raket atıldı

İyulun 11-də axşam saatlarında rus qoşunları Odessaya növbəti raket hücumunu həyata keçirib.

KONKRET.az “Ukrinform” a istinadən xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko videomüraciətində  bildirib .

“Axşam saatlarında növbəti raket hücumu həyata keçirilib. Xoşbəxtlikdən tələfat olmayıb”.

O xatırladıb ki, gün ərzində Qara dəniz bölgəsindən Rusiya təyyarələri Odessaya raketlər atıb , onlardan biri şəxsi evə düşüb, digərləri isə liman da daxil olmaqla infrastruktur obyektlərinə ziyan vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*