Oğul atasını vəhşicəsinə qətlə yetirdi – TƏFƏRRÜATbackend

Oğul atasını vəhşicəsinə qətlə yetirdi - TƏFƏRRÜAT

Qubada 19 yaşlı oğulun atasını bıçaqla qətlə yetirməsinin təfərrüatı məlum olub.

KONKRET.az bildirir ki, birinci Nügədi kənd bələdiyyəsindən oxu.az-a verilən məlumata görə, kənd camaatı hadisədən səhər saat 5 radələrində xəbər tutub.

“19 yaşlı Şükürov Mətləb Bəşarət oğlu öz atası – 60 yaşlı Şükürov Bəşarət Ramazan oğlunu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni hansı səbəbdən törətdiyini bilmirik.Ailədə heç bir münaqişə olmayıb.

Atası Rusiya vətəndaşı idi və kəndə dünən gəlmişdi.

Səhər saat 5 radələrində məsələdən xəbər tutduq.

Hazırda araşdırma aparılır”, – bələdiyyə sədri Babək Orucov açıqlamasında vurğulayıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*