Oğuzda avtomobil dirəyə çırpıldı – Yaralılar varbackend

Oğuzda avtomobil dirəyə çırpıldı - Yaralılar var

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər – 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar tibbi yardım üçün xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*