Oğuzda avtomobillər toqquşdu – Xəsarət alanlar varbackend

Oğuzda avtomobillər toqquşdu - Xəsarət alanlar var

Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinin hər ikisi yoldan çıxaraq ağaclara çırpılıb.

Qəza zamanı 3 nəfər (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*