Oleq Barabanov: “Əgər əməliyyatlar tez və uğurla başa çatsa, Ukrayna iki yerə parçalanacaq” – ÖZƏLbackend

Oleq Barabanov: “Əgər əməliyyatlar tez və uğurla başa çatsa, Ukrayna iki yerə parçalanacaq” – ÖZƏL

Rusiya prezidenti Vladimir Putin Fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyata başladığını elan edib. Beynəlxalq qınaqdan dərhal sonra isə iqtisadiyyatın bir neçə sektoruna eyni anda təsir edəcək yeni sanksiyalarla bağlı bəyanatlar səsləndi. Hərbi əməliyyatın nəticələrinin necəliyindən asılı olmayaraq bir şey aydındır – Avropada təhlükəsizlik arxitekturası əvvəlki kimi qalmayacaq.

Rusiya rəhbərliyi niyə belə bir addım atdı? Qərb niyə münaqişəyə qarışmaq istəmir və Avropanın təhlükəsizlik sistemi yenidən necə qurulacaq?

KONKRET.az bu və digər suallarla bağlı Valday Beynəlxalq Klubunun proqram direktoru Oleq Barabanovun fikirlərini təqdim edir.

Oleq Barabanov: “Ukraynadakı vəziyyət Rusiya üçün birinci dərəcəli təhlükə idi”.

Barabanov hesab edir ki, LXR və DXR-in tanınmasından sonar çox az adam növbəti addımın bu qədər tez atılacağını gözləyirdi. İndi ikinci addım başlanmış hərbi əməliyyatdır. Donetsk və Luqansk vilayətlərindən kənarda da müharibənin aparıldığından görünür ki, Putinin məqsədi Ukraynanın tam silahsızlaşdırılmasıdır. Yəni müdafiə potensialının tamamilə məhv edilməsi, sonra isə yeni status-kvonun düzəldilməsi əsas prioritetdir. Bu, ideal senaridir. Bir şərtlə ki, hərbi əməliyyatlar uzanmasın.

Обращение Владимира Путина транслируется на экране в Токио, Япония, 24 февраля 2022 года

Ukrayna artıq Moskva ilə diplomatik münasibətləri kəsdiyini bəyan edib, digər ölkələr də Rusiyanı təcrid etməyə çağırır. Bu vəziyyət nə dərəcədə ciddidir?

Mən həmişə hesab etmişəm ki, Ukrayna 2014-cü ildə diplomatik münasibətləri saxlamaqla ikiüzlülük sərgiləyib. Rusiyanın təcrid olacağı bəllidir. Amma mənə elə gəlir ki, bu, Rusiya hakimiyyəti üçün qorxulu ola bilməz. Rusiya rəhbərliyində heç kim təcriddən qorxmur. Çünki Qərb tərəfindən təcrid vəziyyəti 2014-cü ildən başlayıb.

Bu gün Rusiyanın Ukrayna böhranından sonra gələcəyə dair hər hansı bir baxışı varmı?

Yaxın gələcəklə bağlı dəqiq cavab vermək mümkün deyil. Aydındır ki, baş verənlər bütövlükdə Avropanın təhlükəsizlik sisteminin səmərəsiz  və yeni münaqişənin qarşısını almaqda aciz olduğunu ortaya çıxardı. Burada tərəflər uzun müddət bir-birilərini günahlandıra bilərlər. Baş verənlərin günahı kimdədir – Rusiyaya qulaq asmayan Qərb, yoxsa Qərbə qulaq asmayan Rusiyada? Amma fakt ondan ibarətdir ki, əvvəlki sistem səmərəsiz idi. Gələcəkdə nə olacağı isə Rusiyanın hərbi əməliyyatının nəticəsindən asılıdır. Əgər əməliyyat hərbi baxımdan tez və uğurla başa çatarsa, o zaman Ukrayna iki yerə parçalana bilər. Belə olan halda Ukraynadakı bu parçalanma müəyyən dərəcədə İkinci Dünya Müharibəsindən sonra Almaniyadakı parçalanmaya bənzəyəcək. Sonra isə Qərb böyük ehtimalla Rusiyanı Avropa Şurası və ATƏT-dən kənarlaşdıracaq. Parçalanmış Ukrayna 40-cı illərin sonu, 50-ci illərin əvvəllərindəki Almaniyanı xatırladacaq. Yəni müxtəlif böhranlar, lokal eskalasiyalar və onları dayandırmaq cəhdləri baş verəcək. Amma hərbi əməliyyatlar uzansa və partizan müharibəsi başlasa, o zaman vəziyyət daha da mürəkkəbləşəcək.

Yalta və ya Potsdamdan nümunə götürərək, dünya liderlərinin görüşüb yeni oyun qaydalarını müəyyənləşdirəcəyi bir növ konfransın keçirilməsi indi mümkündürmü?

Yeni Yalta Rusiya hakimiyyəti üçün həmişə ideal variant olub. Müəyyən dərəcədə Donald Tramp da bu Yalta siyasətini oynamağa çalışıb. İndi Yaltadan danışmaq demək olar ki, mümkün deyil. Çünki Qərb Rusiyanı qınamaqda həmrəydir və hər hansı təmasların olacağı ehtimalı azdır. Nəticə çox güman ki, uzun bir parçalanma olacaq. Amma bu gün də bəyanatlar verilib ki, münaqişə təkcə Rusiya və Ukraynaya deyil, həm də Avropaya, xüsusən də Almaniyaya ziyan vurur. Bu baxımdan zərərin idarə olunması üçün hansısa birgə iş aparıla bilər.

Владимир Зеленский

Bəs Rusiyanın mövqeyi necə olacaq? O nədə israr edə bilər?

Rusiyanın istəyi NATO-nun Ukraynaya genişlənməməsi, Ukraynanın demilitarizasiyası, neytral statusu olmasıdır. Bu məsələlərin həlli (danışıqlar prosesi baş verərsə) hərbi əməliyyatın nəticələrindən və müddətindən asılıdır. Təhlükəsizliyə təminat üzrə təkliflər paketində səslənən digər tələblər isə NATO qoşunlarının Rusiya sərhədinə yerləşdirilməməsidir. ABŞ, Böyük Britaniya və digər NATO ölkələrinin Ukraynadakı münaqişəyə birbaşa cəlb edilməməsinin əsas səbəbi nüvə silahından istifadə qorxusudur. Ona görə də, hərbi baxımdan Ukrayna özü mübarizə aparır və təkbaşına döyüşür. Ukrayna bu münaqişədə tək qaldı və burada Rusiyanın nüvə silahı amili rol oynadı.

Artıq nüvə silahına malik olan bir çox qeyri-Qərb ölkələri (Çin, Hindistan, Pakistan) başa düşəcəklər ki, bu, hərbi eskalasiya zamanı onların əsas və yeganə müdafiə vasitəsidir. Hətta Ukrayna prezidenti Zelenski ölkəni nüvə statusuna qaytarmağa hazır olduğunu bəyan edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*