Məşhur aktyor vəfat etdibackend

Məşhur aktyor vəfat etdi

Patrik Muldun 57 yaşında infarktdan vəfat edib. O, həmin səhər bacısı ilə görüşüb və qəhvə içdikdən sonra duş qəbul etməyə gedib. Daha sonra aktyor vanna otağının döşəməsində uzanmış vəziyyətdə tapılıb.

KONKRET.az bildirir ki, Patrik Muldun 19 apreldə vəfat edib. Məşhur “Həyatımızın Günləri” serialındakı həmkarı Liza Rinna və “Melrose Place” serialındakı həmkarı Dafna Zuniga başsağlığı mesajları göndərərək Patriki “yaxşı və mehriban oğlan” adlandırıblar.

Bacısı Şana Muldun-Zappa bildirib ki, Patrik bazar günü səhər Beverli Hillsdəki evində qəhvə içdikdən sonra duş qəbul etməyə gedib.

Sevgilisi Miriam Rotbart, onun uzun müddət gəlməməaindən şübhələnərək, gedib onu vanna otağının döşəməsində huşsuz vəziyyətdə tapıb.

Tibb işçiləri hadisə yerinə gəlib və onu həyata qaytarmağa çalışıblar, lakin uğursuz olublar.

Qeyd edək ki, iki gün əvvəl Muldun pərəstişkarlarına “İnstaqram”da Kris Hemsvort, Çenninq Tatum və Taron Egertonun rol aldığı yeni “Tarakan” filmində prodüser rolunu aldığını və çəkilişlərin Avstraliyada aparılacağını elan edib.

Muldun Kaliforniyada böyüyüb və aktyorluğa kollecdə başladı, “Boss kimdir?” sitkomunda , 1991-ci ildə isə yeniyetmələr üçün “Zəngdən xilas oldu” serialında rol alıb

Daha sonra Muldun məşhur “Həyatımızın günləri” serialında Austin Rid rolunu canlandırıb.

1990-cı illərin ortalarında o, “Melrose Place”də cani Riçard Hart rolunu oynayıb. Pol Verhovenin “Starship Troopers” adlı kult döyüş filminin çəkiliş meydançasında leytenant Zander Barkalovu canlandıran Patrik Muldun Denis Riçardsla tanış olub və onlar bir müddət görüşüblər.

İllər ərzində o, 1999-cu ildə çəkilmiş “Stigmata” qorxu filmi də daxil olmaqla, çoxsaylı film rollarını oynayıb. Ən son olaraq, o, Brüs Uillis ilə birlikdə “Dead End” (2021) və Liam Neesonun “Marlowe” (2022) filmlərində rol alıb, hər iki filmin prodüseri də özüdür. Patrik həmçinin Britaniya rok qrupu “The Sleeping Masses”in solisti olub.

Onun son filmi “Dirty Hands” 2026-cı ilin sonlarında nümayiş olunmalı idi. Patrik Muldunun övladları yox idi.\\sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*