TƏCİLİ! İsrail ZƏRBƏ ENDİRDİ – Gərginlik PİK HƏDDƏ – VİDEObackend

TƏCİLİ! İsrail ZƏRBƏ ENDİRDİ - Gərginlik PİK HƏDDƏ - VİDEO

Livanda əldə olunmuş kövrək atəşkəs rejimi yenidən təhlükə altındadır. “Hizbullah” qruplaşması bu gün həyata keçirilən raket və PUA hücumlarına görə məsuliyyəti üzərinə götürərək, bunu İsrailin atəşkəs şərtlərini pozmasına cavab adlandırıb. Qruplaşma İsrailin Kfar-Giladi bölgəsindəki artilleriya mövqelərinə zərbələr endirdiyini bəyan edib. “Hizbullah”ın iddiasına görə, cümə günündən qüvvəyə minən razılaşmadan bəri İsrail tərəfi 200-dən çox qayda pozuntusuna yol verib.

KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Ordusu (SAXAL) da öz növbəsində hücum faktını təsdiqləyib. Məlumata görə, Livanın cənubundakı “təhlükəsizlik zonası” daxilində yerləşən Rab-əl-Talatin yaxınlığında İsrail hərbçiləri raket atəşinə tutulub, bir PUA isə sərhədi keçmədən zərərsizləşdirilib. İsrail ordusu hücumda istifadə edilən start qurğusuna zərbə endirsə də, hələlik daha genişmiqyaslı cavab tədbirlərinə başlamayıb.

Livan mənbələri xəbər verir ki, atəşkəsin pozulması və İsrailin mümkün genişmiqyaslı əks-hücum qorxusu mülki əhali arasında təşvişə səbəb olub. Livanın cənubunda yaşayan sakinlər kütləvi şəkildə evlərini tərk edərək Beyrut və Sidon istiqamətinə qaçmağa başlayıblar. Regionda gərginlik pik həddə çatdığı üçün tərəflər arasında hərbi əməliyyatların bərpa olunma riski kifayət qədər yüksəkdir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*