Rusiyalı təbliğatçı Vladimir Solovyov faktiki olaraq vloqer Viktoriya Bonyanın yeganə ictimai tənqidçisi olaraq qalır, yalnız açıqlamalarının tonunu dəyişdirib.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Viktoriya Bonyanın RF prezidenti Vladimir Putinə ünvanladığı videomüraciətin yayımlanmasından təxminən bir həftə sonra, mövzu ilə bağlı fəal şərhlər verən Kremlyönlü medianın, z-bloqçuların və VKontakte sosial media hesablarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə azalıb. Vladimir Solovyov son verilişlərində təhqirlərdən istifadə etməyi dayandırsa da və bloqerdən “istifadə edildiyini” vurğulayıb və mövzunu davam etdirir.
Dünən “Vladimir Solovyovla axşam” verilişində o, “həmin xanımın video müraciəti” ilə bağlı heç bir şərhin yayımlanmasına icazə verməyib.
Daha sonra o, “rus qadınları adından” danışa biləcəyinə inandığı şəxslərin adlarını sadalayıb. Siyahıya RT-nin baş direktoru Marqarita Simonyan, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Federasiya Şurasının spikeri Valentina Matviyenko, Yəhudi Muxtar Vilayətinin qubernatoru Mariya Kostyuk, “Ripli” kod adlı qadın snayper və “cəbhə xəttində oğulları xilas etdiklərinə görə orden və medallarla təltif olunmuş qızlar” daxildir.
Əvvəlki verilişlərində V.Solovyov Bonyanı Volodimir Zelenskinin “gizli agenti” adlandırmış, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkini, Ədliyyə Nazirliyini “vətəndaş Bonyanın fəaliyyətinə hüquqi qiymət verməyə” çağırmışdı.
Elə həmin gün Bonya göz yaşları içində bir video çəkib və Kremlə daha təmkinli davrandığı üçün təşəkkür edib. Prezidentin mətbuat katibi Dmitri Peskov Bonyanın videosunun “tamaşaçıların diqqətini cəlb etdiyini” söyləyib.
Şənbə günü bloqer 1adın Solovyov, Milonov və Lebedevə qarşı kollektiv iddia hazırlayacağını açıqlayıb. Dünən o, şəxsiyyətini təhqir edənlərin cəzalandırılması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edib.\\musavat.com
