“Dərhal məqsədyönlü danışıqları bərpa etdirmək ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifədir”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmayınca Cənubi Qafqazda sülhün bərqərar olması qeyri-mümkündür:
“Xalqımız bilməlidir ki, bu istiqamətdə ölkə başçısının tapşırığı ilə işlər davam etdirilir. Bəli, ölkəmizə qarşı təzyiqlər də var. Azərbaycan Prezidenti həmin təzyiqlərə sinə gərməkdədir. Biz bu təzyiqləri çox görmüşük. Amma Azərbaycanın işi haqq işidir”.
