Ölkəmizin nə qədər neft ehtiyatı var? – “Fiç” açıqladıbackend

Ölkəmizin nə qədər neft ehtiyatı var? - "Fiç" açıqladı

Ötən ilin əvvəlindəki neft hasilatı səviyyəsi nəzərə alındıqda Azərbaycanın daha 25 illik ehtiyatları mövcuddur.

KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Fiç” (Fitch) reytinq agentliyi və BP məlumat yayıb.

Bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdədir. Siyahıda ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.

“Fiç”in məlumatına görə, 2019-cu ildə ölkənin neft və qaz ehtiyatları dünya ehtiyatlarının 0,8%-ni təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan 37,5 milyon ton, 2020-ci ildə isə 34,6 milyon ton neft istehsal edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*