Müğənni Doğuş ilə aparıcı Reha Muhtar arasındakı uzun illər davam edən küsülülük onun vəfat xəbəri ilə sona çatıb.
KONKRET.az xəbər verir ki, ötən illərdə Reha Muhtarla yaşadığı qalmaqallarla gündəmə gələn müğənni Doğuş, onun ölümündən sonra gözlənilməz açıqlama verərək aparıcıya haqqını halal etdiyini bildirib.
Qeyd edək ki, tərəflər arasındakı narazılığın əsası müğənninin gənclik illərinə dayanır. Doğuş 15 yaşında olarkən sevdiyi qızın ailəsi tərəfindən döyüldüyünü və daha sonra haqsız yerə 3 ay həbsdə qaldığını açıqlamışdı. Həmin dövrdə medianın tanınmış simalarından olan Reha Muhtarın köşə yazısında onu günahkar kimi təqdim etməsi sənətçidə dərin inciklik yaratmışdı. Bu səbəbdən Doğuş uzun illər televiziyaçıya qarşı küskün qaldığını gizlətməyib. (Axşam.az)
