Ömrümüzü “yeyən” TIXACLAR – Problemin sürətli həllini gözləmək sadəlöhvlükdürbackend

Ömrümüzü "yeyən" TIXACLAR - Problemin sürətli həllini gözləmək sadəlöhvlükdür

KONKRET.az xəbər verir ki, iqtisadçı-ekspert Rəşad Həsənov özünün facebook səhifəsində Bakı-Sumqayıt yolunda son günlər baş verən tıxac problemindən danışıb. Statusu təqdim edirik:

“AAYDA sədri deyib ki, Bakı-Sumqayıt yolu gündəlik 7-10 min avtomobilin hərəkəti üçün nəzərdə tutulub. Bu gün isə Bakıdan Sumqayıta gündəlik 12-14 min, Sumqayıtdan Bakıya isə 10-12 min avtomobil hərəkət edir. Saleh müəllimin izahı maraqlıdır. Sənaye parkları, məhəllələri tikilib, buna görə hərəkət artıb. Bəs Xırdalan, Masazır, Muşfiq daxil olmaqla Bakının şimal hissəsində davam edən fantastik məskunlaşma?

Əgər Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı Saleh müəllimin məntiqi nəzərə alınacaqsa, demək ki, problemin həllini gözləmək sadəlöhvlük olardı.

Digər tərəfdən, bu məsələ bir daha dövlət vəsaitlərinin istifadəsi ilə bağlı məsələləri gündəmə gətirir. Dünyanın çox az ölkələrindənik ki, uzunmüddətli inkişaf strategiyası və fəaliyyət planı olmayan qurumlar tərəfindən təklif edilən və planlaşdırılan layihələrə vəsait ayırırıq. Bir-iki il sonra isə məlum olur ki, bu layihələr təyinatı üzrə yararsızdır və yaxud problemi həll etmir.
Buna görə də dövlət qurumlarının uzunmüddətli inkişaf planı hazırlanmalı və büdcə prosesi zamanı Maliyyə Nazirliyi bu plan əsasında vəsait ayırmalı, Hesablama Palatası isə bu plan əsasında müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətini və vəsaitin ayrılması məsələsini qiymətləndirməlidir.

Uyğunsuzluq halında qurumların və layihələrin maliyyələşdirilməsinə məhdudiyyət tətbiq edilməlidir.

Digər məsələ isə qurumlar arası koordinasiya məsələsidir. Təəssüf ki, bizdə bu məsələ institutlaşmayıb. Məsələn, yol tikintisinin başa çatmasından bir ay sonra yolu qazıb su, yaxud kanalizasiya xətti çəkən qurumlar cəzalandırılmalı, xərclər bu qurumların idarəedicilərinin şəxsi büdcəsindən maliyyələşdirilməsi təcrübəsinin tətbiqinə başlanmalıdır (Başqa yol olmadığı üçün)

Birdə ictimai məsuliyyət məsələsi var. Rəsmi açıqlamaya görə, yolda görülən işlər May (2020) ayının sonuna başa çatacaq. Gəlin bu məqamı da nəzarətdə saxlayaq, görək heç olmasa bir dəfə düz olacaq…”

P.S: Bakı-Sumqayıt yolundan istifadə edənlərə Qəhrəman Vətəndaş titulunun verilməsi lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*