Onlara əlavə 8 günlük məzuniyyət verilə bilərbackend

Onlara əlavə 8 günlük məzuniyyət verilə bilər

Özünüməşğulluğun təşkili prosesi başa çatanadək işsiz şəxslərin ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması təklif edilir.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Əmək Məcəlləsinə əsasən, əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Ombudsmanın məruzəsində işçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə işçiyə əmək stajı on beş ildən iyirmi ilədək olduqda 6 təqvim günü, iyirmi ildən çox olduqda isə 8 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi təklif edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*