“”Mən haqlı çıxdım”, “Hanı sənin qəhrəmanlığın?””
KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində deyib.
Prezident 30 ildir aparılan danışıqlar nəticəsində 1 sm belə torpağın geri qaytarılmadığını xatırladıb:
“Mən haqlı çıxdım. 30 ilə yaxın müddətdə 1 sm torpaq bizə danışıqlar yolu ilə verildimi? Bəs necə həll olunur bu məsələ indi? Bu, hərbi yol deyilmi?
Məhz hərbi yolla bu məsələ həll edilir, sonra isə siyasi yolla. Onların dərsini verməsəydik, qaçardımı o indi Moskvaya danışıqlar üçün? Oturacaqdı indi özündən razı, deyəcəkdi torpağı vermirəm.
İndi gizlənməyə deşik axtarırlar, siçan kimi oturub ağızlarına su alıblar. Hanı sənin qəhrəmanlığın?”
