Onu görmək istəyən 2 bilet alacaqbackend

Onu görmək istəyən 2 bilet alacaq

Məşhur rəssam Leonardo da Vinçinin “Mona Lisa” tablosu Luvrda xüsusi otağa yerləşdiriləcək.

KONKRET.az “The New York Times”a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

Onun sözlərinə görə, əsərlə tanış olmaq üçün ziyarətçilər əlavə bilet almalı olacaqlar:

“Mona Liza”nın Luvrda öz ayrıca otağı olacaq. Bu otağa giriş üçün ayrıca bilet nəzərdə tutulacaq”.

Qeyd edək ki, sözügedən tablo 1911-ci ildə muzeydən oğurlanıb və 1913-cü ildə tapılıb. Bununla yanaşı əsər bir neçə dəfə fəalların hücumlarına da məruz qalıb. Onun üzərinə şorba, boya kimi məhsullar atılıb.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*