“Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib” – Qəza ilə bağlı rəsmi açıqlamabackend

“Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib” - Qəza ilə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsindən KONKRET.az-a bildirilib ki, hadisə nəticəsində 1 nəfər vəfat edib, 2 xanım xəsarət alıb.

Məlumata görə, Hadisə “Vaz” dairəsindən Saray qəsəbəsinə gedən yolda baş verib.

***

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş:

“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən  Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*