Oqtay Qasımov: “Qərbin məqsədi yarımçıq sülh müqaviləsinin imzalanmasına nail olmaqdır”backend

Oqtay Qasımov: “Qərbin məqsədi yarımçıq sülh müqaviləsinin imzalanmasına nail olmaqdır”

Son vaxtlar Ermənistan  mətbuatı guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı yazılar dərc edir. Rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyinə uyğun aparılan bu təbliğat yeni deyil. Özlərini sülhpərvər kimi göstərən ermənilər özlərini  dünyaya əzilən xalq kimi təqdim etməyə çalışırlar. Eyni zamanda Azərbaycanı sülh istəməyən tərəf kimi göstərməyə cəhd edən erməni təbliğatının arxasında həm də böyük qüvvələr dayanır.

KONKRET.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan mətbuatı bu kampaniyanı çoxdan aparır:

“Son bir il yarım ərzində Qərb və Ermənistan mətbuatı davamlı şəkildə guya Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı xəbərlər yayır. Guya Zəngəzur dəhlizinin açılmasıyla bağlı Azərbaycanın israrı göstərilir.  Bu məsələ üzərində manipulyasiya ciddi şəkildə aparıldığından  Azərbaycan  Zəngəzur dəhlizi məsələsinin ikitərəfli danışıqlardan  çıxarıb. Hal-hazırda bu məsələnin yayılmasında əsas məqsəd COP29-u gözdən salmaq, onun əhəmiyyətini azaltmaq və Azərbaycanın keçirdiyi  tədbiri hər hansı formada baykot etməyə cəhd etməkdir.

Həm də  bu məsələlər üzərindən Azərbaycana təzyiq etməyə çalışılır. Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı xəbərlərin yayılmasının əsas məqsədi dünya  ictimaiyyətini çaşdırmaq, ümumi rəyə təsir etmək və Azərbaycana qarşı hansısa yeni təxribatçı əməllərə yol verməkdir”.

Daha sonra Azərbaycana böyük dövlətlərin təzyiqindən danışan politoloq bildirib ki, ABŞ və Fransanın patronajlığı altında olan siyasi təşkilatlar ölkəmizə qarşı qərəzli bəyənatlar verməkdə davam edirlər:  “Azərbaycana Qərb cinahından sanksiyaların tətbiq edilməsiylə bağlı müxtəlif çağrışlar səslənir. ABŞ-də 60-dan yuxarı konqresmenin müraciəti və digər Qərb siyasətçilərinin Avropa  Parlamentində bu cür çağrışları buna sübutdur. Belə  çağrlşları əsaslandırmaq üçün məhz bu cür feyk xəbərlərdən istifadə edilir. Bu bir təbliğat savaşıdır. Azərbaycana qarşı bu istiqamətdə hibrid müharibə aparılır. İnformasiya,  siyasi və diplimatik cinahlarda da belə təzyiqlərdən istifadə edilir. Bununla da  Azərbaycanı maksimum təzyiq altında saxlamaq istəyirlər. Məqsədləri aydındır. İstəyirlər ki, Azərbaycan  Ermənistanla yarımçıq və gələcəkdə dayanıqlı sülhə imkan verməyəcək hansısa sənədi imzalasın. Amma Azərbaycan bunların hamısını görür və belə təzyiqlərə də müqavimət göstərir. Azərbaycanın mövqeyi Ermənistan Konstituyasında dəyişiklik edildikdən sonra sülh müqaviləsi imzalamaqdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*