Orban: “Brüssel qanunun aliliyindən siyasi şantaj kimi istifadə edir”backend

Orban: "Brüssel qanunun aliliyindən siyasi şantaj kimi istifadə edir”

İndi Avropa Birliyinin yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi özlərinin seçdiyi əsas layihələri olan liderləri var və bunların hamısı uğursuzluğa düçar olub.

KONKRET.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasınnı sədri Ursula fon der Lyayenin bəyanatına münasibət bildirərkən bəyan edib.

Avropa Komissiyasınnı sədri Ursula fon der Lyayen bildirib ki, Macarıstan miqrasiya və anti-gender siyasətlərinə görə Aİ fondlarından pul almayacaq.

Viktor Orban Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, bütün əsas layihələri iflasa uğratdığı üçün təşkilatın hazırkı rəhbərliyi istefaya getməlidir:

“Avropa Birliyinə yeni liderlər lazımdır. Brüssel qanunun aliliyi və şərtilikdən siyasi şantaj kimi istifadə edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*