Ordumuz Türkiyə modelinə uyğunlaşdırılır: Yeni qurumlar yaradılır – RƏSMİbackend

Ordumuz Türkiyə modelinə uyğunlaşdırılır: Yeni qurumlar yaradılır - RƏSMİ

“Vətən müharibəsindən sonra cənab Prezidentin tapşırığı ilə biz müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan Ordusunda təşkilatlı ştat tədbirləri həyata keçirdik”.

KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib.

“Cənab Prezidentin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik”, – Z.Həsənov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Ordusunda bir neçə yeni qurum – əməliyyat (komando) qurumları, briqadaları yaradılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*