backend

Ordumuzun daha bir uğuru – Ukraynadan baxış

Zəngilanın işğaldan azad edilməsi o deməkdir ki, Azərbaycan ermənilərin cəbhə xəttini bir az da daraltdı. Bu isə ermənilərin imkanlarını məhdudlaşdırır.

KONKRET.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksey Arestoviç deyib.

O bildirib ki, Zəngilanın işğaldan azad edilməsi İrandan Qarabağa quru yolunu bağlayır və müvafiq olaraq, İrandan hərbi texnika və döyüş sursatı ilə bağlı mümkün təchizata son verilməsinə şərait yaradır:

“Bu, həm də Laçına bir çıxışdır. Laçının alınmasından sonra isə Ermənistanın Dağlıq Qarabağa çıxışı olan son dəhlizi əlindən alınmış olacaq. Üstəlik, bu, qondarma “dqr” üçün əsas gəlir mənbələrindən biri olan Xudafərin su elektrik stansiyasını tam nəzarətə götürülməsidir… Yəni düşmənə iqtisadi zərbə də vurulub. İstənilən halda, bu, çox uğurlu əməliyyatdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*