“Ordundakı yoluxma hallarına nəzarət et” – İrandan Trampa məsləhətbackend

"Ordundakı yoluxma hallarına nəzarət et" - İrandan Trampa məsləhət

İranın XİN rəhbəri Cavad Zərif Trampa məsləhət verib.

KONKRET.az xəbər verir ki, o, Trampın Fars körfəzində İran katerlərini vurmaq əmrini kəskin tənqid edib.

“Trampa məsləhət verərdim ki, ABŞ ordusunda koronavirusa yoluxma hallarına nəzarət etsin. Ordu sıralarından 5 mindən çox COVİD-19-a yoluxma halları var. Donald Trampa onların ehtiyaclarına diqqətli olması vacibdir. İranlı dənizçiləri məhz ABŞ tərəfi təxribata cəlb edir”.

Tramp ABŞ gəmilərinə təhlükə törədən istənilən İran katerlərinin məhv edilməsi barədə göstəriş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*