İbtidai siniflərdə dərs müddətinin azaldılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Valideynlər və təhsil ictimaiyyəti arasında xüsusilə aşağı sinif şagirdlərinin yüklənməsi ilə bağlı narahatlıqlar səsləndirilir. Bəs mövcud qaydalara əsasən dərs saatlarının dəyişdirilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, həm ibtidai siniflərdə, həm də ümumilikdə məktəblərdə dərs saatlarının artırılması və ya azaldılması məktəbin səlahiyyətində olan məsələ deyil.
“Elm və Təhsil Nazirliyi bu barədə özbaşına qərar verə bilməz. Dərs saatlarının artırılması və ya azaldılması Nazirlər Kabinetinin səlahiyyətindədir. Hazırda ibtidai siniflərdə dərs müddətinin dəyişdirilməsi məsələsi gündəmdə deyil”.
Ekspert vurğulayıb ki, hər hansı dəyişiklik yalnız rəsmi qərar əsasında həyata keçirilə bilər və hazırda bu istiqamətdə konkret təşəbbüs mövcud deyil.
Aynurə İsmayıl
KONKRET.az

