Orxan Arasdan əsgərlərimizlə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏTbackend

Orxan Arasdan əsgərlərimizlə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

Türkiyənin əslən Azərbaycandan olan politoloq və yazarı Orxan Aras İkinci Qarabağ müharibəsində əsir düşən Musayev Amin Alim oğlu barədə İnsan Hüquqları Təşkilatlarına məktub ünvanlayıb.

KONKRET.az xəbər verir ki, türk və alman dillərində yazılan məktubda rus jurnalist tərəfindən yaralı halda tapılan əsgərin işgəncələrə məruz qaldığı bildirilib və “Amnesty İnternational”, Beynəlxalq Qırmızı Xaç və Almaniyanın Qırmızı Xaç Komitələrinə məktublar göndərilib.

“Bildiyiniz kimi, Qarabağ müharibəsində minlərlə insan öldü, yaralandı. O bölgədən uzaqda yaşasaq da, bəzi ürək dağlayan hadisələr bir insan olaraq hamımızın marağındadır. Bir rus jurnalist tərəfindən döyüş bölgəsində yaralı olaraq tapılan Musayev Amin Alim oğlu İrəvanda xəstəxanaya aparılıb. Yaşlı və xəstə anası olan bu əsgərin xəstəxanada işgəncə görməsi barədə məlumat var. Eyni zamanda, Kərimov Yaşar Bayram oğlunun da belə bir vəziyyətdə olması barədə xəbərlər gəlir. Əgər bu mövzuya müdaxilə etsəniz, yaşlı bir anaya böyük bir yardım etmiş olacaqsız”, – deyə Aras məktubunda yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*